• $
  • €
  • ₽
  • ₺
  • £

Qubada öldürülən oğlanla bağlı yeni xəbər

Qubada  öldürülən oğlanla bağlı yeni xəbər
11.11.2018 19:47
Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, son olaraq rayonun Tülər kənd sakini Nazim Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Beləliklə dəhşətli linçetmə hadisəsi və qətllə bağlı həbs edilənlərin sayı 6-ya çatıb. Daha əvvəl E.Əsədovun qaçırdığı Aynurun atası, qayını, əri və daha 2 kənd sakini məhkəmə qarşısına çıxarılaraq barələrində həbs qərarı verilmişdi.

Son olaraq həbs edilən N.Mikayılova gəlincə, o E.Əsədovla qızın Bakıda tutularaq rayona gətirilməsində əsas rol oynayan şəxslərdən biri olub. Rusiyadan Qubaya yeni qayıtmış N.Mikayılov Bakıdan rayona gətirilən Aynuru evində saxlayıb, Elşadı isə digər qohumlarının müşayəti ilə kəndin mərkəzinə aparıb.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol