• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda küçədə tum çırtladı, 51 manat cərimələndi

Bakıda küçədə tum çırtladı, 51 manat cərimələndi
12.11.2018 14:00
Bakıda parkda tum çırtlayıb qabığını yerə atan şəxs cərimələnib.

"Qafqazinfo”ya müraciət edən vətəndaş Ülvi Quliyev bildirib ki, noyabrın 10-da saat 23 radələrində  Səməd Vurğun bağının yaxınlığında dayancaqda marşrut avtobusu gözləyərkən Post Patrul Xidməti əməkdaşları ona yaxınlaşıblar: "Mən orda dayanıb 125 nömrəli avtobusu gözləyirdim, "semiçka” çırtlayıb yerə tökürdüm. Yer zibillik idi, siqaret kötükləri ilə dolu idi. Daha sonra bir mülki şəxs həmin yerə gəldi. Məni 22-ci Polis Bölməsinə apardılar. Orada dedilər ki, cəriməni yerində nağd ödə, mən buna etiraz etdim. Protokol tərtib edərək məni İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi üzrə 51 manat cərimə etdilər. Qanunda "semiçka” çırtlamağa görə cərimə var?”

Vəkil Vasif İsrafilov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əmələ görə cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub: "Məcəlləsinin 266-cı maddəsi istehsalat və məişət tullantıları haqda qanunvericiliyin pozulması nəzərdə tutulur. Maddənin 3-cü bəndinə görə tullantıların zibil qablarından kənara atılmasına görə 50 manat cərimə nəzərdə tutulub. Yəni, vətəndaş şəhəri çirkləndirdiyi üçün cərimələnib. 

Azərbaycanda bu cərimələr digər ölkələrə nisbətən azdır. Məsələn, Malayziyada bir saqqızı yerə atmağın cəzası 1000 dollardır.

Bizdə şəhəri zibilləməyə görə sürücülər də cərimə olunur. Yol hərəkəti haqda qanunun 327.1-ci maddəsinə görə maşın idarə edərkən küçəyə adi siqaret və ya digər zibil atmağa görə 40 manat cərimə müəyyən olunub”.

Şikayətçi Ü.Quliyev bildirib ki, tum yeyərkən yanında dayanan və yeri zibilləyən tanımadığı başqa bir şəxs də onunla birgə polis bölməsinə aparılıb və cərimələnib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol