• $
  • €
  • ₽
  • ₺
  • £

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI

Zakir Həsənov bu deputatları təltif etdi - SİYAHI
12.11.2018 16:52
Noyabrın 12-də Milli Məclisdə bir sıra deputata "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.


Anews.az-ın məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunub. Bu münasibətlə həm Azərbaycanda, həm də ölkəmizdən kənarda xeyli sayda tədbirlər keçirilib. 

"Bu tədbirlər hələ də davam edir. Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçirildi. Bu iclasa xarici ölkələrdən xeyli sayda qonaqlar qatıldı. İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə əlaqədar möhtəşəm parad keçirildi. Paradda 100-ə yaxın xarici ölkədən nümayəndələr iştirak edirdilər. Dünyanın bir çox aparıcı informasiya vasitələri bu parad barədə reportajlar hazırladılar və informasiyalar verdilər. Bu, hər birimiz üçün qürurvericidir".


Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev Milli Məclisin deputatlarının ordu quruculuğu sahəsindəki fəaliyyətini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir. Deputatlar həmin tədbirlərdə də fəal iştirak edirlər.


Tədbirin sonunda "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnaməyə müvafiq olaraq Milli Məclis sədrinin müavinləri Bahar Muradovaya və Valeh Ələsgərova, parlamentin komitə sədrləri Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Ülvi Quliyev, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov və Səməd Seyidova, deputatlar Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Hikmət Məmmədov, Elman Məmmədov, Zahid Oruc, Bəxtiyar Sadıqov və Hacı Salayevə müdafiə naziri Zakir Həsənovun əmri əsasında Milli Ordumuzun yaranmasının 100 illiyi ilə bağlı təsis olunmuş yubiley medalı təqdim olunub.
 
 




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol