• $
  • €
  • ₽
  • ₺
  • £

“Nüsrət Kəsəmənli də bu işlə məşğul idi” - İlahiyyatçıdan “cinçıxartma” hadisəsinə reaksiya

“Nüsrət Kəsəmənli də bu işlə məşğul idi” - İlahiyyatçıdan “cinçıxartma” hadisəsinə reaksiya
12.11.2018 18:11
Xəbər verdiyimiz kimi, 25 yaşlı Bakı şəhər sakini Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar nəticəsində bəlli olub ki, M.Soltanov bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurularaq bədən xəsarətləri alıb və dünyasını dəyişib.

Baş verən hadisə sual doğurur, İslam "cinçıxartma”nı qəbul edirmi?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Hacı Nizami İslamda belə ayinlərin qəbul olunmadığını bildirib:

"Bu işlə məşğul olan insanlar şarlatanlardır. Onlar cahil, avam insanları başına yığıb bu işlə məşğul olurlar. Onlar şər qüvvələrə xidmət edən insanlardır. Təəssüf ki, bu gün insanlar arasında İslamın qəbul etmədiyi "cinçıxartma” və digər ayinlər həyata keçirilir. Avropadan gələn dini kitablar əsasında ruh çağırılır. İnsanlar xüsusi ayinlər keçirib rəhmətə gedən doğmalarının ruhu ilə danışırlar. Buna medium deyirlər. Vaxtilə Nüsrət Kəsəmənli də bu işlə məşğul idi, sonradan efirə çıxıb bundan imtina etdiyini söylədi. İnsanlar arasında maarifləndirmə işləri aparılmalıdır ki, cahil adamlar şarlatanlara uymasınlar. Əks halda, bu cür hadisələrin sayı artacaq. Təəssüf ki, İslamın qəbul etmədiyi bu ayinlərin sonu çox vaxt faciə ilə nəticələnir. Allaha inanan insanlar heç vaxt belə cahil hərəkətlərə yol verməzlər”.

İlahiyyatçı Elşad Mirinin isə saytımıza açıqlamasında məsələyə münasibəti belə olub:

"İslamda "cinçıxartma” deyilən bir ayin yoxdur. İslam belə şeyləri qəbul etmir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol