• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı davanın TƏFƏRRÜATI (FOTOLAR+VİDEO)

Ermənilər layiqli cəzalarını aldılar - Moskvadakı davanın TƏFƏRRÜATI (FOTOLAR+VİDEO)
12.11.2018 18:50
Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut” turnirində dava düşüb.
Oxu.Az xəbər verir ki, hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib.
Naqibin hakim döyüşü saxladıqdan sonra rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.

Məlumata görə, Naqibinin komandası paltardəyişmə otağına gedərkən erməni azarkeşlərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib.
Əslində, Qaraxanyanın azarkeşlərinin tribunada qondarma "Dağlıq Qarabağ Respublikasının” bayrağını açması azərbaycanlıların xoşuna gəlməyib. 
Nəticədə, tribunada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. Hadisənin baş vermə səbəbləri "MMA Azerbaijan”ın sosial şəbəkəsində yayımlanıb. 
"Problemlərdən qaçmaq üçün əvvəlcə təhlükəsizlik xidmətinin əməkdaşlarına yaxınlaşaraq, erməni tərəfinin Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan dövlətin bayrağını açdığını bildirdik.
Xəbər verdik ki, bu, təxribatdır və əgər onlar bayrağı götürməsələr, bunu biz edəcəyik. Vəd etdilər ki, bayrağı yığışdıracaqlar, amma etmədilər. Bundan sonra onların tribunaları tərəfə getdik”, - məlumatda bildirilib. 
Qeyd edilib ki, erməni azarkeşlərin dayandığı tribunada kütlə olub. Azərbaycanlılardan biri onların əlindən bayrağı alanda onun üzərinə bir neçə erməni hücum edib. Digər azərbaycanlı həmyerlisinə kömək etmək istəyən zaman ayaqqabısı çıxıb və onu götürmək istəyəndə ermənilərdən biri onun üzünə zərbə vurub. Hər şey bundan sonra başlayıb. 
Daha sonra OMON qüvvələri məsələyə qarışıb və dəyənəklərdən istifadə edərək, ermənilərin tribunasına gedən qapıları bağlayıb.
Məlumata əsasən, dava zamanı ermənilər tərəfindən təhqiredici ifadələr işlədilib.
Azərbaycanlılar bildiriblər ki, bayraq yığışdırılmadan heç yerə getməyəcəklər. Separatçıların bayrağı polis işçilərinin birinin cibində zaldan çıxarılıb.
Qeyd edək ki, bu, erməni və azərbaycanlı azarkeşlər arasında ilk belə hal deyil. Analoji hadisə Moskvada keçirilən АСВ 71 turnirində də yaşanmışdı.




 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol