• $
  • €
  • ₽
  • ₺
  • £

"Azəriqaz" yeni qaz sayğacları gətirdi

"Azəriqaz" yeni qaz sayğacları gətirdi
12.11.2018 22:51
"Azəriqaz” İstehsalat Birliyi ölkəyə yeni qaz sayğacları gətirib.

Yenicag.az-ın məlumatına görə, bunu "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

Onun sözlərinə görə, yeni gətirilən sayğaclar artıq laboratoriyaya təqdim edilib: 

"Artıq laboratoriyada sayğaclar yoxlanılıb, birinci sınaq mərhələsi yekunlaşıb, ikinci sınaq mərhələsindədir. Birinci sınaq mərhələsində aşkarlanan çatışmazlıqlar artıq aradan qaldırılır. Yeni sayğaclar bir çox üstünlüyü ilə fərqlənir. Məsələn, mobil telefona xüsusi proqram təminatı yükləməklə həmin telefon vasitəsilə balansı artırmaq mümkün olacaq. Əvvəlki sayğacların smart kartında çip sistemi var idi və balansı artırmaq üçün həmin kartı sayğaca daxil etmək lazım idi.
Yeni sayğaclarda isə bu, belə deyil. Həmin sayğacların çipi smart kartın üzərində deyil, daxilində yerləşdirilib. Kartı sadəcə sayğaca yaxınlaşdırmaqla yüklənilən məbləği sayğaca köçürmək mümkündür”.
 

Qurum rəsmisi qeyd edib ki, günün qaranlıq saatlarında sayğac üzərində hər hansısa əməliyyat aparan zaman işıqlandırıcı cihaza ehtiyac qalmayacaq: "Yeni sayğac sensorlu ekranla təchiz edilib və sayğacın üzərindəki düyməni sıxmaqla ekran avtomatik işıqlanır”.

İ.Kərbəlayev bildirib ki, yaxın vaxtlarda yeni sayğacların sınaq müddəti başa çatacaq və həmin sayğaclar yeni abonentlərin mənzil və obyektlərinə quraşdırılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol