• $
  • €
  • ₽
  • ₺
  • £

Bu rayonda içməli su yoxdur - "Azərsu"dan açıqlama

Bu rayonda içməli su yoxdur - "Azərsu"dan açıqlama
29.05.2020 01:02
Lənkəran şəhərində içməli suyun verilişində problem yaranıb.

Bu barədə şəhər sakinləri tərəfindən saytımıza məlumat verilib.

Sakinlərin sözlərinə görə, şəhərə suyun verilişi dünən səhər saatlarında yağan leysan xarakterli yağışlarından, təxminən, 7 saat əvvəl dayandırılıb.

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a verdiyi məlumata görə isə, içməli suyun verilişində məhdudiyyətlərin yaranması leysan yağışları və bunun nəticəsində yaranan sellə bağlıdır:

"Güclü sel nəticəsində Xanbulan çayında su həddən artıq bulanıb. Ona görə də həmin ərazidə suyun emalını müvəqqəti olaraq dayandırmışıq. Çünki kəskin lilli suyun emalı zamanı təmizləyici qurğumuz zərər görə bilər. Ancaq anbardan Astaraya da, Lənkərana da həcmini azaltmaq şərtilə su verilib. Buna baxmayaraq, ola bilsin ki, bəzi ünvanlarda su olmayıb. Bu mümkündür. Hazırda mütəxəssislərimiz Xanbulanda bulanıqlığın çəkilməsini gözləyir. Bulanıqlıq çəkildikdən sonra suyun emalını bərpa edəcəyik. Yəqin ki, günün irəliləyən saatlarında şəhərə içməli suyun verilişi təmin ediləcək. Vəziyyət tam nəzarətdədir”./publika.az

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol