Azərbaycana qanunsuz yolla mobil telefonlar keçirmək istədilər - VİDEO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında idarənin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus "VAZ 211440” markalı avtomobil saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Anews.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində "X-inova”, 17 ədəd "Kgtel” və 24 ədəd üzərində "Fuua” yazılmış mobil telefonlar aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























