• $
  • €
  • ₽
  • ₺
  • £

Çayın gözlənilməz faydaları aşkarlandı

Çayın gözlənilməz faydaları aşkarlandı
13.11.2018 20:30
Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, gün ərzində bir fincan çay və ya bir ovuc giləmeyvə ürək-damar xəstəlikləri riskini azaldır.

Tədqiqatın nəticələri "Live Science” nəşrində dərc edilib.

Mütəxəssislər 1990-cı illərdə başlayan "Danish Diet, Cancer and Health Study” uzunmüddətli tədqiqatında iştirak edən 53 min nəfərin məlumatlarını təhlil ediblər.

Könüllülər gün ərzində hansı qida və bu qidadan nə qədər qəbul etdiklərini yazıblar. Alimlər onların sağlamlığını 23 il ərzində müşahidə ediblər. Təyin olunmuş müddət bitdikdən sonra 12 min nəfərin ürəyində problemlər yaranıb.

Müəyyən edilib ki, gün ərzində 500 milliqram flavonoid qəbul edən könüllülərdə ürəyin işemik xəstəliyi, insult və periferik damar xəstəliyi riski aşağı olub.

Qeyd olunur ki, flavonoidlər lazımi miqdarı bir fincan çay, qaragilə və digər giləmeyvələrdə var. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol