• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bacısının sevgilisini öldürən oğlana yüngül cəza verildi

Bakıda bacısının sevgilisini öldürən oğlana yüngül cəza verildi
27.10.2014 16:40

Qəsdən adam öldürən gəncə nisbətən yüngül cəza verilib 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Hacıbaba Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə müttəhim H.Hacıyevə höküm oxunub. Məhkəmə kollegiyasının qərarı ilə 25 yaşlı oğlana 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

 

Prokuror H.Hacıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, H.Hacıyev bu il 24 fevral tarixində 18 saylı Peşə məktəbində təhsil alan bacısı Reyhan Hacıyevanı evə aparmaq üçün “Azadlıq” metrostansiyasının qarşısına gələrkən onun tanımadığı, sonradan adını bildiyi Pərviz Abdullayevlə əl-ələ tutduğunu görüb. Pərvizdən bacısını haradan tanıdığını soruşduqda, o, Reyhanla bir qrupda oxuduğunu, evlənmək istədiyini və fikrinin ciddi olduğunu açıqlayıb. Amma Hacıbaba Hacıyev Pərvizin dediklərinə inanmayıb. Çünki bacısının ərindən boşanması və yaşca Pərvizdən böyük olması, bu münasibətin qeyri-səmimi olması ilə bağlı onda şübhə yaradıb. Odur ki, Hacıbaba Hacıyev Pərvizin telefon nömrəsini alaraq iki saatdan sonra ailə üzvlərindən biri ilə görüşə gəlməsini tələb edib.

Təxminən saat 17:00 radələrində Pərvizə zəng vurub harada görüşə biləcəkləri ilə maraqlandıqda Pərviz ona böyüklərindən heç kimlə gələ bilməyəcəyini deyib. Bir daha bacısına qarşı ciddi niyyətdə olmadığını yəqin edən Hacıbaba Hacıyev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evdən bıçaq götürərək Nəsimi rayonu, Cavadxan küçəsi, 38 saylı binanın qarşısına gəlib. Pərvizin görüşə valideynsiz gəldiyini görərək, bıçaqla ona zərbələr endirib. Yaralı xəstəxanaya çatdırılarkən yolda keçinib.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol