Naxçıvan Ümumqoşun Ordusuna “Həyəcan!” komandası verildi - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyindən Anews.az-a verilən xəbərə görə, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr "Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























