• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı

Uşaqları döyən bağça müdirinə cinayət işi açıldı
14.11.2018 11:27
Bakıdakı "Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində cinayət işi başlanılıb.
 
 
Anews.az report-a istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin (CM) 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
 
 
Belə ki, Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalmasından sonra valideyinlərin şikayəti əsasında N.Müseyibova barəsində də cinayət işi başlanılıb.
 
 
Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınır.
 
 
Yasamal Rayon Prokurorluğunda araşdırılan cinayət işi artıq yekunlaşaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
 
 
Cinayət işi hakim Hüseyn Səfərovun icraatına verilib.
 
 
Məhkəmənin vaxtı isə hələlik açıqlanmayıb.
 
 
Qeyd edək ki, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən "Kids Studio" Uşaq Mərkəzinin bağçasında uşaqlar tərbiyəçi Firuzə Tağıyeva tərəfindən zorakılığa məruz qalıb.
 
 
Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra F.Tağıyeva barəsində cinayət işi başlanılıb.
Bağçanın müdiri N.Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək.
 
Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Tağıyevanın barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol