• $
  • €
  • ₽
  • ₺
  • £

İstilik vaxtından əvvəl verilib – RƏSMİ

İstilik vaxtından əvvəl verilib – RƏSMİ
14.11.2018 11:54
"Azəristiliktəchizat" ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, 2018-2019-cu illər payız-qış mövsümünə vaxtından əvvəl start verilib.

Artıq noyabrın 12-dən etibarən orta məktəblər, xəstəxanlar, hətta bir çox yaşayış binlarındakı mənzillərə istilik verilişinə başlanılıb.

Anews.az-ın məlumatına görə, məsələ ilə bağlı modern.az-ın sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bunun İdarə Heyətinin qərarına uyğun reallaşdığını bildirib.

Qurum rəsmisinin sözlərinə görə, "Azərisilitik"in xidmət zonasına daxil olan bütün qazanxana və istilik məntəqələri dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən, Bakı və şəhərində noyabrın 15-dən başlanılması nəzərdə tutulub:

"Bu il dağlıq və dağətəyi rayonlarda istilik mövsümü noyabrın 1-dən etibarən başlayıb. Bakı və digər rayonlara istilik verilməsi üçün isə noyabrın 15-ni gözləmədik. Bu son günlər havaların soyuması ilə əlaqədardır. Həm də istilik verilməsi noyabrın 15-dən başlayanda iri qazanxanların tam rejimdə çalışması texnoloji proses olduğundan, tənzimlə işləri müəyyən zaman tələb edir. 550 qazanxananın hamısı eyni vaxtda işə düşəndə qaz xətlərində, həm də sistemdə tənzimləmə işləri aparılmalıdır. Bu da müəyyən vaxt tələb edir. Ona görə də İdarə Heyəti qərar verdi ki, istilik mövsümünə bir qədər tez başlanılsın. Belə olduğu təqdirdə, vətəndaşlar noyabrın 15-dən tam rejimdə istilik ala biləcəklər".

R.Əliyev qeyd edib ki, noyabrın 12-dən etibarən bütün qazanxana və istilik sistemləri qrafikə uyğun olaraq işə salınır:

"Hazırda bu istiqamətdə işlər gedir. Demək olar ki, 70 faizdən çox qazanxanada istilik qoşulub, qalanlarında da bu gün ərzində qoşulacaq".

Şöbə müdiri eyni zamanda, istilik tariflərinin dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını deyib:

""Azərisitilik" tariflərlə bağlı Tarif Şurasına müraciət etmir. Biz sadəcə təsdiq olunmuş hesabatları təqdim edirik. İdarənin istehsal etdiyi və göstərdiyi xidmətlərin maya dəyəri o hesabatda öz əksini tapır. Xidmət haqlarının artırılıb-azaldılması bu hesabatlara uyğun olaraq, Tarif Şurası tərəfindən tənzimlənir".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol