• $
  • €
  • ₽
  • ₺
  • £

"Uşaqların səsi gəlirdi..." - Ana və 4 övladının faciəvi şəkildə öldüyü yanğının təfərrüatı - VİDEO

"Uşaqların səsi gəlirdi..." - Ana və 4 övladının faciəvi şəkildə öldüyü yanğının təfərrüatı - VİDEO
14.11.2018 15:58
Bu gecə saat 02:00 radələrində Daşkəsən rayonunun Quşçu kənd sakini Pənah Tağıyevə məxsus evdə yanğın olub. Hadisədən xəbər tutan qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 150 kvadratmetrlik ev tamamilə yanaraq külə dönüb.

Əmir Məmmədov – sakin: "Alov evi bürümüşdü. Təmiz yanır, uşaqların səsi gəlirdi. Amma alovu yarıb girmək olmadı. Yanğınsöndürənlərə zəng etdik onlarda gəldi. Ancaq gec idi”.

Yanğından sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər. Baxış zamanı otaqdan evin gəlini, Daşkəsən sakini 28 yaşlı Sevinc Tağıyevanın, onun azyaşlı övladları - 8 yaşlı Aysun, 6 yaşlı Sakit və 1 yaşlı Sadiq Tağıyevin, eləcə də ev sahibinin qız nəvəsi 11 yaşlı Günel Ədilxanovanın yanmış cəsədləri aşkarlanıb. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim olunub.

Gecə saatlarında otaqların birində başlayan alov qısa zamanda bütün evi bürüyüb. Alov o qədər güclü olub ki, evdə olan 4 uşağı və bir ananın həyatını xilas etmək mükün olmayıb.

Ev sahibinin yaxınları və kəndin yerli rəhbərliyi Tağıyevlərin heç kimlə şəxsi ədavəti olmadığını bildiriblər. Yanğının ehtiyatsızlıqdan baş verdiyini güman edirlər.

Kərim Kərimov - Quşçu kənd icra nümayəndəsi: "Artıq ev yanırdı. Qonşuların köməkliyinə baxmayara qheç bir kömək edə bilmədik. Sonra Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldi. Yanğınsöndürənlərin köməkliyi ilə cəsədlər evdən çıxarıldı. Ailə sakit ailə olub, heç bir münaqişə olmayıb. Yalnız ehtiyatsızlıqdan baş vermiş hadisədir”.

Əsgər Verdiyev - ailənin qohumu: "Zəng etdilər dedilər ki, ev kül olub. Gəldim ki, ev yanıb, meyitləridə çıxarıb aparıblar. Heç kimlə ədavətləri yoxdur. Fəhlə adamlardır”.

İlkin ehtimallara görə, yanğın yataq otağında yanar vəziyyətdə olan odun sobasından çıxan qığılcımların təsirindən və yaxud da evin daxilindən keçən elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol