• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı qidanı uşağa hansı yaşda verməli?

Hansı qidanı uşağa hansı yaşda verməli?
14.11.2018 21:00
Ailədə körpənin dünyaya gəlməsi ilə bütün düzən, o cümlədən də qida rasionu dəyişir. Ancaq unutmaq olmaz ki, uşağın həzm edə bilməyəcəyi bir çox qidalar var. 1 yaşına qədər uşaqların mədə-bağırsaq sistemi hələ tam formalaşmadığından yalnız ana südünü həzm etmək iqtidarında olur. Böyüklərdən fərqli olaraq uşaqların bağırsaqlarında xeyirli bakteriyalar inkişaf etmir. Bu isə bir sıra qadaların uşaq orqanizminə zərər verə biləcəyindən xəbər verir. 

Medicina.az hər gün mətbəxdə işlətdiyimiz bəzi qadaların uşaqlara hansı yaşlardan verilməli olduğunu təqdim edir:  

1. Bal – böyüklərdən fərqli olaraq, uşaqların həzm sistemində botulizm bakteriyalarına nəzarət edən, onların çoxalmasına və zəhər yaymasına mane olan faydalı bakteriyalar hələ inkişaf etmir. Balın tərkibində botulizm yaradan bakteriyalar mövcud olduğu üçün, uşaq orqanizmi bu bakteriyanın öhdəsindən gələ bilmir. Buna görə də, 2 yaşınadək  uşaqlara bal vermək qətiyyən olmaz. 

Bal həmçinin güclü allergendir. Buna görə də onu uşağın rasionuna ehtiyatla əlavə etmək tələb olunur.  Onu bir neçə damcı suya və kompota əlavə edərək uşağa içirtmək olar.  

2. Çay – uşağa yalnız su və süd içirtmək ananın işini bir az çətinləşdirir. Uşağın yaşı artdıqca onun qida menyusuna meyvə şirələri və bitki çayları əlavə etmək lazımdır. Ancaq burda bir məsələ var. ÜST-ün göstərişinə görə, 6 ayınadək körpəyə ana südündən əlavə heç nə vermək məsləhət deyil. Ancaq uşaq ana südü deyil, əlavə qida alırsa o zaman xüsusi çaylar vermək olar. Bunlara çobanyastığı, çüyüd, nanə, melissa çaylarını misal çəkmək olar. Bu çaylar sakitləşdirici, mədə-bağırsağın işini normallaşdıran xüsusiyyətlərə malikdirlər. 

Qara çayı isə uşağa yalnız 3 yaşdan sonra vermək məsləhətdir. Çayı uşağa gündə 1 dəfə yalnız səhərlər vermək daha məqsədəuyğundur. Çünki onun tərkibində olan kofein uşaqda əsəbilik və yuxusuzluğa səbəb ola bilər. 

3. Sarımsaq – çox xeyirli, amma ağır qidadır. Tərkibində bir çox fitonsid maddələrin (bakteriya öldürücü) olmasına baxmayaraq bağırsağın mikroflorasına zərər vermir.   Amma  körpənin həzm traktı onu qəbul etmək iqtidarında deyil. Ona görə də südəmər uşaqlara verilməsə yaxşı olar. Yalnız 8-9 ayından sonra uşağın rasionuna daxil edilə bilər. Amma çiy halda yox, şorbaların və pürelərin tərkibində bişmiş şəkildə. Gün ərzində yalnız 1 diş sarımsaqdan istifadə etmək olar.  Çiy halda isə yalnız 3-4 yaşından gün ərzində 1 diş olmaqla verilə bilər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol