• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”

Deputat: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin”
14.11.2018 17:25
"Azərbaycanın ərazi bütövlüyü uğrunda 24 min insan şəhid olub. Mən də bu döyüşdə iştirak edənlərdən biriyəm. Onların içərisində elələri var ki, evini, maşınını satıb, gedib ov tüfəngi alıb, ən müxtəlif yollarla ermənilərlə döyüşlərdə iştirak edib və şəhid olub. Niyə bunlar yaddan çıxmalı, polis işçiləri unudulmalıdır”.

Anews.az unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, 11 min manat vəsait şəhid hərbi qulluqçuların vərəsələrinin hamısına verilsə, bu 264 milyon manat maliyyə vəsaiti edir.

"Dövlətin büdcəsində müəyyən məhdudiyyətlər var. Bu vəsaitin ödənilməsinə imkan yoxdur. Ona görə Cahangir Hacıyevin Londonda olan mülkləri, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, obyektləri, maşın kolleksiyaları satılsın və həmin vəsait şəhid hərbi qulluqçularının ailələrinə verilsin. Çünki, o da dövlətin, xalqın puludur. Buna görə də hesab edirəm ki, bu haqda düşünmək və məqsəd uğrunda ciddi addımların atılmasına ehtiyac var”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol