Millət vəkili: "Azərbaycanda parlament televiziyasının açılmasına böyük ehtiyac var"

Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var.
Anews.az Trend-ə istinadən bildirir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.
Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: "Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























