Qulağı kəsilən şəxs məhkəməyə məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş şəxs - Şahin Əliyev dəfələrlə məhkəməyə çağırılsa da, gəlməyib.
Məhkəmə onun barəsində məcburi gətirilmə qərarı çıxarıb, lakin zərərçəkmiş şəxsi tapmaq mümkün olmayıb.
Buna görə məhkəmə onun barəsində təkrar məcburi gətirilmə qərarı çıxarıb.
İ. İbrahimlinin vəkili Əfifə Əsgərova zərərçəkmiş şəxs məhkəməyə gələnədək iclasın təxirə salınmasını təklif edib.
Məhkəmə iclası noyabrın 22-dək təxirə salınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























