• $
  • €
  • ₽
  • ₺
  • £

"Burada olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir" — Oqtay Əsədov

"Burada olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir" — Oqtay Əsədov
29.05.2020 04:27
"Hər kəs Azərbaycan dilini bilməyə borcludur. Kim burada deputatdırsa, zəhmət çəkib Azərbaycan dilində danışsın".

Bu sözləri spiker Oqtay Əsədov Milli Məclisdə deputatların mütləq Azərbaycan dilində çıxış etməsi ilə bağlı tələblərə edilən etiraza münasibət bildirərkən deyib.

Spiker bildirib ki, bütün deputatlar Azərbaycan dilində danışmağı bacarmalıdır:

"Mən burada erməni, ya da başqa dildə tərcüməçi əyləşdirməli deyiləm ki? Azərbaycanda olan ermənilərin hamısı Azərbaycan dilini yaxşı bilir. Kim Azərbaycan dilini bilmirsə, burada oturmamalıdır”.

Qeyd edək ki, millət vəkili Siyavuş Novruzov Milli Məclisdə iclasların Azərbaycan dilində keçirilməli olduğunu deyib. Lakin, onun sözlərinə görə, digər xalqların nümayəndəsi Azərbaycan dilində danışmaya bilər:

"Sabah biz Dağlıq Qarabağı azad etdik, ermənilərlə bərabər yaşamalı olduq və səkkizi gəlib oturdu parlamentdə, onlar hansı dildə danışmalıdır? Onlardan elələri var ki, dili bilir, elələri var ki, dili bilmir. Yaxud da Azərbaycanda yaşayan digər xalqların nümayəndələri deputat seçilə bilər. Həmin şəxslərə öz dilində danışmaq hüququ verilməlidir”./publika.az

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol