• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdən qanunsuz qızıl keçirmək cəhdi

Gömrükdən qanunsuz qızıl keçirmək cəhdi
15.11.2018 22:30
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Anews.az-a verilən xəbərə görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Eyni zamanda, vətəndaşın özü portativ metalaxtaran detektor vasitəsilə yoxlanılarkən cihaz reaksiya verib. Bu səbəbdən vətəndaşın həm əl yükünə, həm də üzərinə təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı, əl çantasında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, sifahi, elektron və ya yazılı formada bəyan edilməmiş 8 ədəd qızıl külçə və 5 ədəd qızıl üzük aşkar edilib. Vətəndaşın üzərində şəxsi yoxlama başlamazdan əvvəl isə ona gömrüyə bəyan olunası əşyaları təqdim etmək təklif olunub. Bu zaman xanım vətəndaş qolundakı 6 ədəd, sinəsindəki 3 ədəd, şalvarının ciblərindəki 5 ədəd qızıl qolbaqları çıxararaq gömrük əməkdaşına təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən 8 ədəd külçənin ümumi çəkisi 80,05 qram, zərgərlik məmulatının ümumi çəkisi isə 120,95 qramdır.

Faktla bağla araşdırma aparılır. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol