• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb

İşdən çıxarılması haqda sərəncam Abel Məhərrəmovu qəfil haqlayıb
16.11.2018 11:28
Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmov işdən çıxarılması barədə sərəncama qəfil yaxalanıb.

Anews.az "virtualaz.org”a istinadən xəbər verir ki, ötən gün əvvəlcə sosial şəbəkələrdə Abel Məhərrəmovun işdən çıxarıldığı haqda şayiələr yayılıb.

Saytlardan biri rektora zəng vurub və bu şayiələrə münasibətini soruşub. A.Məhərrəmov bu məlumatları təkzib edib: "Hazırda işdəyəm, pedaqoji kollektivin iclasını keçirirəm”.

Lakin bu vaxt KİV-lərə rektorun dini tolerantlıq mövzusunda konfransda iştirak etmək üçün getdiyi İspaniyada, Madriddəki "Eurostar Madrid” otelində bərk içib Azərbaycan nümayəndə heyətinin üzvləri, yaxud konfransı təşkil edən Əli Evsenlə dava saldığı barədə dumanlı təfərrüatlar sızdırıldı.

Habelə rektorun İspaniyada səfir işləyən oğlu üçün çəlləklərdə 2 ton ağırlığında şərab yükləyib apardığı da bildirilirdi. Həmin şərab İspaniyada ispan şərabı adı altında qablaşdırılıb və bu dəfə butulkalarda Bakıya qaytarılıb-Abel Məhərrəmovun restoran və şadlıq evlərində satılmaq üçün.

Bunun ardınca prezidentin BDU rektorunun işdən azad edilməsi haqda sərəncamı dərc edildi və "Turan” agentliyi bildirirdi ki, bu sərəncam Abel Məhərrəmov tamamilə gözlənilməz olub. O, iş yerində sərəncamdan xəbər tutub.

Təxmin etmək olar ki, Abel Məhərrəmovun oğlu da tezliklə İspaniyadakı səfir vəzifəsindən geri çağırılacaq və diplomatik xidmətdən uzaqlaşdırılacaq.


Çünki onun atasının sərxoş halda dava salıb hətta ispan polisinin müdaxiləsi ilə müşayiət olunan rüsvayçı qalmaqal yaratması bir yana, KİV-lərə sızdırılan məlumatlara əsasən səfir diplomatik yük adı altında əslində şərab qaçaqmalçılığı ilə məşğul ola bilərdi.

İspaniyadakı həmin məşum konfransa gəldikdə isə onu artıq üçüncü ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qalmaqallı qudası, Türkiyə əsilli biznesmen, bir vaxtlar Azərbaycanda iri biznesi olan Əli Evsen təşkil edir.

Bu həmin Əl Evsendir ki, bir neçə il əvvəl barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmişdi və İspaniyada həbs olunmuşdu. Əli Evsen Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin pullarının Avropada yuyulmasını təşkil etməkdə şübhəli bilinirdi.


Amma necə oldusa Evsen bu ittihamlardan sıyrılıb çıxa bildi və indi göründüyü kimi İspaniyada öz adına fond təsis edib. "Evsen Foundation” kifayət qədər ambisiyalı işlərlə-beynəlxalq səviyyədə dini tolerantlıq və mədəniyyətlərarası dialoq formalaşdırmaqla məşğuldur.

2016-cı ildən Madriddə bu mövzuda konfranslar təşkil edir və hər dəfə konfransa Azərbaycandan şeyxülislam qudası ilə yanaşı müxtəlif dinlərin nümayəndələrini, Milli Məclisin üzvlərini və s. qatılır.

Bu ilki konfrans isə rüsvayçılıqla və qalmaqalla, habelə Abel Məhərrəmovun vəzifədən qovulması ilə nəticələndi...


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol