• $
  • €
  • ₽
  • ₺
  • £

Arıçılara subsidiyaların verilmə müddəti açıqlandı

Arıçılara subsidiyaların verilmə müddəti açıqlandı
16.11.2018 13:20
Dekabrın 15-nə qədər Azərbaycanda arıçılara subsidiyaların verilməsi prosesi başa çatacaq. Ayrılan vəsait onların bank hesablarına köçürüləcək. 

2018-ci il üçün subsidiyaların verilməsi prosesi yaz ayında başlanacaqdı, lakin bəzi səbəblərdən payıza ertələndi. 2019-cu il üzrə subsidiyaların verilməsi prosesi isə aprel ayında həyata keçiriləcək.

Arıçılar Assosiasiyasının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Bayramlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bəyan edib.

E.Bayramlının sözlərinə görə, Azərbaycanda arıçılara subsidiyaların verilməsi ilk dəfə həyata keçirilir və bu, arıçılıq sahəsinin inkişafına müsbət təsir göstərəcək.

"Subsidiyaların verilməsi ideyası Arıçılar Assosiasiyasına aiddir. Biz bu təkliflə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Nazirlik təklifi prezidentə yönləndirdi. Nəticədə, cari ilin yazında Azərbaycan prezidenti İlham Əliyev hər arı ailəsinə ildə 10 manat subsidiya verilməsini nəzərdə tutan sərəncam imzaladı”.

Onun sözlərinə görə, subsidiyaların verilməsi 2018-ci il də daxil olmaqla, beş il ərzində davam edəcək.

Müsahibimiz qeyd edib ki, hazırda azərbaycanlı arıçılar bazarı məhsulla tam təmin etmək gücünə malik deyillər.
 
"Azərbaycanlı arıçılar tələbatın yalnız 60-70 faizini ödəyə bilirlər. Bununla belə, biz bazara tam keyfiyyətli məhsullar çıxarırıq. Bu, ixraca yarayan, premium klass məhsullardır. Hesab edirəm ki, subsidiyalar arıçılıq təsərrüfatının məhsuldarlığının yüksəlməsinə kömək edəcək”, - deyə E.Bayramlı qeyd edib.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol