• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovun sərxoş çıxışı harda olub?

Abel Məhərrəmovun sərxoş çıxışı harda olub?
16.11.2018 11:49
Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib. 

Belə ki, şeyxülislam Allahşükür Paşazadə ilə ölkənin bir qrup deputat və ziyalılardan ibarət nümayəndə heyəti İspaniyada beynəlxalq konfransa gedərkən onu səfərdə müşayiət edən BDU rektorunun "sərgüzəştləri" ölkədə ciddi rezonansa səbəb olub. Akademikin səfərboyu içkili olması, uçduğu təyyarədə belə şərab çəlləkləri daşıması şok effekt yaradıb.

Dünən günün sonunda həmin tədbirdən fotolar və videolar, hətta A.Məhərrəmovun çıxışı yayılıb.
Lakin həmin çıxışın videousunda rektor, necə deyərlər, ağlı başında biri kimi çıxış edir, içkili olduğu hiss olunmur və məntiqi fikirlər səsləndirir. Belə demək mümkünsə, bu çıxış, əslində, yazılanları təkzib edirdi.

Anews.az xəbər verir ki, qafqazinfo-ya bu gün səhər səfərdə iştirak edən nümayəndə heyətinin üzvlərindən biri müraciət edərək yayılan çıxışın konfransın əvvəlinə aid olduğunu və oteldə qeydə alındığını deyib. Onun sözlərinə görə, akademikin sərxoş halda çıxışı Madrid universitetlərinin biri Fransisko de Vitoriya Universitetində baş verib. Hətta burada Abel Məhərrəmov konfransın prezidiumuna daxil olan 5 nəfərdən biri olub. O, tribunaya çıxaraq, belə demək mümkünsə, rektor kimi taleyinin son çıxışına imza atıb.

Və həmin çıxışın fotolarını əldə etsək də, video görüntüləri, hələ ki, yayımlanmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol