“Abel Məhərrəmov konfransda kefli çıxış edib” – Deputat təsdiqlədi

Dünəndən ölkə gündəmini Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun işdən qovulması və buna səbəb olan sensasion faktlar zəbt edib.
Yayılan məlumatlar arasında keçmiş rektorun İspaniyada keçirilən konfransda sərxoş halda çıxış etməsinə dair söyləntilər də yer almaqdadır.
Bununla bağlı Bizimyol.info-ya açıqlama verən və İspaniyanın paytaxtı Madrid universitetlərinin biri Fransisko de Vitoriya Universitetində keçirilən konfransda Abel Məhərrəmovla birlikdə iştirak edən deputatlardan biri onun sərxoş halda çıxışını təsdiqləyib:
"Yayılan məlumat düzdü, lakin videoda yer alan çıxış başqa tədbirdə edilən çıxışın görüntüləridir. Abel müəllim İspaniyada universitetdə baş tutan konfransda kefli çıxış edib”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























