• $
  • €
  • ₽
  • ₺
  • £

BNA-dan “Facebook” istifadəçilərinə çağırış

BNA-dan “Facebook” istifadəçilərinə çağırış
16.11.2018 19:30
"Əhaliyə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun nəqliyyat xidmətlərinin göstərilməsi Bakı Nəqliyyat Agentliyinin əsas prioritetlərindəndir”.

Anews.az xəbər verir ki, bu barədə Agentliyin "Facebook” sosial şəbəkəsindəki müraciətində bildirilir.

Qurum həmçinin bəyan edir ki, həm yol hərəkətinin təşkili, həm də müntəzəm sərnişindaşıma istiqamətində atdığı bütün addımlarında vətəndaşa xidməti əsas prinsip olaraq müəyyənləşdirib: "Qarşıya qoyulan hədəfə nail olunması yolunda ən böyük dəstəkçimiz də elə vətəndaşlarımız, xüsusəndə ictimai fəal insanlar, media nümayəndələri olub. Bəzən piyada, bəzən sərnişin, bəzən isə sürücü kimi nəqliyyat xidmətlərindən istifadə edən media nümayəndələri və fəal sosial şəbəkə istifadəçiləri rastlaşdığı çatışmazlıqları vaxtında, eyni zamanda, obyektiv işıqlandırır ki, bu da problemin vaxtında aşkar edilərək aradan qaldırılması baxımından əhəmiyyətlidir. Məhz müxtəlif KİV-də və sosial şəbəkələrdə ictimailləşdirilən məlumatlar əsasında müxtəlif yollarda nəqliyyat şəraiti yaxşılaşdırılır, yeni dayanacaq məntəqələri, uyğun olan yerlərdə piyada keçidləri təşkil edilir, marşrut xətləri üzrə avtobusların hərəkət sxemi dəyişdirilir. Bütün bunlar isə öz növbəsində paytaxtın nəqliyyat sisteminin inkişafı və təkmilləşməsi baxımından vacib amildir. İctimai nəzarətin vacibliyini və ümumi inkişafa müsbət təsirini nəzərə alaraq KİV nümayəndələrinə, eyni zamanda, fəal sosial şəbəkə istifadəçilərinə təşəkkür edirik. Həmçinin, onları daha fəal olmağa dəvət edirik”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol