• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib

Deputat: Enerji içkiləri cəmiyyətimizdə bir bəlaya çevrilib
29.05.2020 09:54
Azərbaycanda enerji içkiləri ilə bağlı artıq ciddi addımlar atılmalıdır. İlk növbədə də bu içkilərə nəhayət, aksiz dərəcələri tətbiq olunmalıdır. Çünki bu içkilər artıq cəmiyyətimizdə bir bəlaya çevrilib.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev parlament komitəsinin iclasında deyib.

O, qeyd edib ki, artıq cəmiyyətdə gənclər, yeniyetmələr, azyaşlılar bu növ içkilərin aludəçilərinə çevriliblər:

"Bu, narahatedici, qorxulu tendensiyadır. Dünyada ən ucuz enerji içkiləri bizdədir. Bir manata da enerji içkisi olar? Ona görə bununla bağlı təcili addımlar atılmalı, energetik içkilərə aksiz dərəcələri tətbiq olunmalıdır”.

Millət vəkili Jalə Əliyeva da spirtli içkilər və tütün məmulatları ilə bağlı qiymətlərin qaldırılması, aksiz dərəcələrinin artırılması təkliflərini dəstəkləyib:

"Mən də bunu ikiəlli dəstəkləyirəm. Bir şeyin ki, üstünə yazılır ki, sizin sağlamlığınız üçün zərərlidir, təhlükədir, onda nəyə görə, bunların qiyməti, aksiz dərəcələri artırılmasın? Hesab edirəm ki, istər spirtli içkilərin, istərsə də siqaret məhsullarının qiymətləri qaldırılmalıdır, elə edilməlidir ki, onları almaq, istifadə etmək halları azalsın, minimuma endirilsin”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol