• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya Ebolaya görə xüsusi geyimlər gətirildi

Bakıya Ebolaya görə xüsusi geyimlər gətirildi
27.10.2014 09:17
Səhiyyə Nazirliyi Ebola virusundan qorunmaq üçün xüsusi geyimlər alıb. Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Anaq Qədirli məlumat verib.A.Qədirli bildirdi ki, xüsusi geyimlər artıq ölkəyə gətirilərək müvafiq qurumların tabeliyinə verilib. Qeyd edək ki, virusa yoluxmuş xəstələrə qulluq edən tibb işçiləri üçün nəzərdə tutmuş xüsusi geyim dəsti insan bədənini tamamilə örtən xüsusi paltar, əlcək, maska, qoruyucu eynək və rezin çəkmədən ibarətdir.Kosmonavtların geyiminə bənzər geyimlərdə insanın gözləri də daxil olmaqla bütün üzvləri qapadılır. Ebola virusunun yayıldığı ölkələrdə xəstələrə qulluq edən tibb heyəti yalnız bu paltarlardan istifadə edir.Anar Qədirli dedi ki, Ebola da daxil olmaqla xüsusi təhlükəli viruslara yoluxan xəstənin daşınması üçün xüsusi təcili tibbi yardım maşınları da alınıb: “Xüsusi təhlükəli virusa yoluxan xəstələrin daşınması üçün maşınlarımız var. Həmin maşınlarda quraşdırılmış avadanlıqlar vasitəsilə xəstənin ətraf mühitlə əlaqəsi kəsilir. Bir sözlə, Azərbaycan Ebolaya yoluxmuş xəstələrə qulluq edəcək hər növ geyim və avadanlıqlara malikdir”.Qeyd edək ki, xarici ölkələrdə Ebolaya yoluxan və ya bu xəstəlikdən dünyasını dəyişənlərin daşınması üçün təyyarələrdə şüşədən ibarət xüsusi qurğu quraşdırılır. Amma mütəxəssislər hesab edirlər ki, virusa yoluxan xəstələr qoruyucu paltardan istifadə etdikdə belə onların xlorinlə dezinfeksiya olunması mütləqdir.Xatırladaq ki, virus xəstənin qanı və ya ifrazatı ilə birbaşa əlaqə, xəstənin ifrazatı ilə çirklənmiş obyektlərlə təmas, ölmüş Ebola xəstəsinin dəfn edildiyi müddətdə cəsədə toxunmaq zamanı yoluxur.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol