• $
  • €
  • ₽
  • ₺
  • £

Telekanallarla bağlı yenilik

Telekanallarla bağlı yenilik
26.10.2014 19:00

Azərbaycan telekanallarında sosial çarxların yayımını təmin etmək üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

ANS PRESS-in məlumatına görə, milli televiziya və radio şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Trend-ə açıqlamasında bildirib ki, sosial çarxlar reklam vaxtına aid edilməməlidir. Ona görə də bu məsələ qanunvericilik formasında öz həllini tapmalıdır. Belə olan halda istənilən televiziya kanalı sosial çarxları sərbəst verə biləcəklər.N.Məhərrəmli hesab edir ki, bu gün Azərbaycanda sosial çarxlara ehtiyac var, bu ciddi məsələdir: “Bəzən bizim nazirliklərimiz, komitələrimiz vəsait ödəyib, sosial çarx hazırlayırlar, amma onun efirdə yayımlanmasına vəsait ödəmək istəmirlər. Özəl televiziya kanalları isə öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurur və ona bir saatda 12 dəqiqə reklam vaxtı verilir. Həmin sosial çarxı 12 dəqiqəlik reklamın içərisində verirsə, təbii ki, o öz fəaliyyətini qurmaq üçün maddi vəsaitdən məhrum olur. Ona görə də bu məsələni qanunvericilik formasında həll etmək lazımdır. Ya qanunvericilikdə televiziya kanallarının üzərinə müəyyən bir öhdəlik qoyulmalıdır, ya da ki, qanunvericilikdə dövlət büdcəsindən maliyyələşən televiziya kanalları ilə bağlı ayrıca bənd olmalıdır”.

ANS PRESS 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol