• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlәrimizin Kiyevdә bayraq davası - FOTOLAR

Jurnalistlәrimizin Kiyevdә bayraq davası - FOTOLAR
26.10.2014 14:30

"Dnepr"lə oyunda "Qarabağ"a dəstək vermək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlərlə "Olimpiya" stadionunun təhlükəsizlik xidməti əməkdaşlarl arasında gərgin anlar yaşanıb. 

"AzerFax"ın Ukraynanın paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, stadiona giriş zamanı polislər jurnalistlərin daşıdığı böyük ölçülü Azərbaycan bayrağını onların əlindən zorla alıblar. Bu hadisə azərbaycanlı jurnalistlərin etirazına səbəb olub. 

Uzun mübahisələrə baxmayaraq, dövlətimizin bayrağı saxlama kamerasına aparılıb. Jurnalistlər Ukrayna polisinin Azərbaycan bayrağına qarşı hörmətsizliyini kəskin reksiya ilə qarşılayaraq, məsələyə stadion rəhbərliyi və mühafizə polisi komandir heyətinin qarışmasına nail olublar. 

Media təmsilçiləri bildiriblər ki, stadiona böyük ölçülü Ukrayna bayraqlarının keçirilməsinə icazə verildiyi halda Azərbaycan bayrağına görə belə bir qadağanın qoyulması nəinki qonaq komandanın azarkeşlərinə, bilavasitə Azərbaycan dövlətinə hörmətsizlikdir. Bu qadağanın hansı əsaslara söykənməsi barədə izahat tələb olunsa da polislər arqument tapa bilməyiblər. 

Tanınmış jurnalist, Azərvaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun xüsusi fədakarlığı ilə müşayət olunan bayraq davası jurnalistlərimizin tələbinin yerinə yetirilməsilə nəticələnib. "Biz bu bayrağı saxlama kamerasında qoyub futbola baxa bilmərik. O həmişə bizimlə olmalıdır. Biz bayrağımıza xəyanət edərək, onun əşya kamerasına atıb getməyəcəyik. Bayraq mütləq qaytarılmalıdır" - deyə, C.Musaoğlu polislərin bu davranışına sərt münasibət bildirib. Bundan sonra polislər öz aralarında müzakirə apararaq, bayrağın stadiona keçirilməsinə icazə veriblər. Bununla da azərbaycanlı jurnalistlər Ukraynadakı zəfərin təməlini qoyublar.

Qaynar.info

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol