Azərbaycanda 22 yaşlı gəlin itkin düşdü - Qayınanası axtarışa verdi

Bakıda 22 yaşlı gəlin itkin düşüb.
Anews.az open.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini Amaliya İsmayılova Kəpəz rayon Polis Şöbəsinə ərizə müraciət edərək, gəlini, 1996-cı il təvəllüdlü Türkan Abbasəliyevanı noyabrın 7-də Gəncə Avtovağzalından Bakıya yola saldığını bildirib. Qadın ərizəsində həmçinin qeyd edib ki, Bakıya yola saldığı gəlini noyabrın 12-də geri qayıtmalıymış. Lakin gəlib geri dönməyib.
Faktla bağlı araşdırmalara başlanıb.
İtkin düşən gəlinin əlamətləri: boyu 165 sm, arıq bədən quruluşlu, saçının rəngi qəhvəyi, gözlərinin rəngi mavidir.
Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























