• $
  • €
  • ₽
  • ₺
  • £

"Fədayə Laçın məhkəmənin tez yekunlaşmasını istəyir"

"Fədayə Laçın məhkəmənin tez yekunlaşmasını istəyir"
20.11.2018 12:56
Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nürəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçının səhhətində problemlər qalmaqdadır: "Hepatit xəstəliyindən əziyyət çəkir və bu xəstəliyin təcridxana şəraitində müalicəsi mümkün deyil. Narahatlığı qalmaqdadır. Bacısı tərəfindən vaxtlı-vaxtında dərmanları Fədayə xanıma çatdırılır. Saxlanma şəraitindən şikayəti yoxdur".

Vəkil bildirib ki, F.Laçın məhkəməsinin tez yekunlaşmasını istəyir: "Mənimlə söhbəti zamanı Fədayə xanım dedi ki, məhkəmədən xahiş edim ki, proses noyabrın 27-dək yekunlaşsın. Çünki ayın 27-si oğlunun ad günüdür. İstəyir ki, həmin günə qədər cəzası bəlli olsun. Yəni həmin vaxta qədər hökm çıxarılsa, Fədayə xanımın cəza müddəti də bilinər. Ailə üzvləri də narahatdırlar. Mən isə Fədayə xanıma bildirdim ki, həmin vaxta qədər prosesin tam yekunlaşması mümkün deyil. Çünki noyabrın 26-da növbəti məhkəmə prosesidir və hələ digər təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin söz deməsi prosesi var. Ona görə də məhkəmədən o vaxta qədər hökm gözləmək mümkün deyil".

N.Qarayeva bildirib ki, dövlət ittihamçısı Fədayə Laçına ittiham olunduğu maddələrə görə ən yuxarı cəza müddətini istəyib: "Mən isə müdafiə çıxışımda hakimdən müəyyən məsələləri nəzərə almasını xahiş etdim. Həm tanınmış sənətçidir, həm himayəsində xəstə anası var və ən əsası, Fədayə xanım xəstəlikdən əziyyət çəkir. Ona görə də mən müdafiə çıxışımda hakimdən xahiş etdim ki, Fədayə xanıma ən aşağı cəza həddi və şərti cəza versin".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol