• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobillərin şüşələrini qıran şəxs ələ keçdi

Bakıda avtomobillərin şüşələrini qıran şəxs ələ keçdi
20.11.2018 22:30
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub.

Anews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Toyota” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə sənəd oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən E.İsayevin digər analoji əməllərinin də üstü açılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Nərimanov və Binəqədi rayonları ərazisində daha 4 avtomobildən pul, sənəd və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində "VAZ-2107” markalı avtomobildən səsgücləndirici və 1 ədəd planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 3 avtomobildən pul, parfümeriya və gümüş əşyaları oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol