• $
  • €
  • ₽
  • ₺
  • £

Eks-nazir Ziya Məmmədovun qohumunun daha bir marşrutu əlindən alındı

Eks-nazir Ziya Məmmədovun qohumunun daha bir marşrutu əlindən alındı
20.11.2018 15:38
Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair "Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Xatırladaq ki, "Ayşən LTD" MMC-yə məxsus marşrutlarda ciddi problemlərin olması ilə bağlı məlumatlar mətbuatda dəfələrlə işıqlandılıb. Ötən ayın əvvəlində MMC-yə məxsus 160 saylı marşrut avtobusu qatarla toqquşmuşdu və nəticədə 3 nəfər ölmüş, 30-dan çox sərnişin yaralanmışdı. Bundan sonra araşdırmalara başlanılıb və BNA 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən "Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verib. Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə "Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstərilir.

Qeyd edək ki, 133 və 88 saylı marşrut xətti də "Ayşən LTD” MMC-yə məxsusdur. Son illərədək 7 marşut xəttinə sahib olan şirkətin direktoru İradə Əliyeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol