• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər Təhsil İdarəsindən döyülən direktorla bağlı açıqlama

Bakı Şəhər Təhsil İdarəsindən döyülən direktorla bağlı açıqlama
21.11.2018 10:38
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aktyorla mübahisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən 175 saylı məktəbin direktorunun son durumu ilə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədovun Anews.az-a verdiyi məlumata görə, direktorun vəziyyəti yaxşı deyil.

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkdik, səhhəti ilə maraqlandıq, həkimlərlə söhbət etdik. Vəziyyəti yaxşı deyil.
Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə...
Bu saatlara qədər yüzlərlə təhsil işçiləri - məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər.
Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq”-, deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol