• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda toydan sonra faciə

Azərbaycanda toydan sonra faciə
28.05.2020 21:26
Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi "Lada Priora” markalı avtomobili işıq dirəyinə vuran Kahayev Emil Şamil oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Belə ki, 29 yaşlı Emil rayon ərazisindəki "Aysel” şadlıq sarayında qohumunun toy mərasimində iştirak edib. O, toydan sonra içkili vəziyyətdə sükan arxasına əyləşərək yaşadığı Aşağı Çardaqlar kəndinə getmək istəyib. Qohumlarının gənc oğlana mane olmağa, onun sərxoş olması səbəbindən maşın sürməməsini demələrinə baxmayaraq Emil həmkəndlisi, 21 yaşlı Amid Şabanovla yola çıxıb. Bir qədər keçəndən sonra o, Danaçı kəndi ərazisində maşını sürətlə işıq dirəyinə vurub və hadisə yerindəcə keçinib. 21 yaşlı Amid isə xəstəxanada vəfat edib.

Bildirilir ki, vəfat edən Amid Şabanov subay, Emil Kahayev isə ailəli olub. Onun iki körpə qızı var imiş.

Qeyd edək ki, dünən qəzanın baş verdiyi yerdə - Danaçı kəndi ərazisində 2013-cü ildə Emilin böyük qardaşı Elçin Kahayev də idarə etdiyi "Nissan-Tiana” markalı avtomaşınla dəhşətli yol qəzası törədib və orada həlak olub. Həmin qəzada daha 1 nəfər də ölmüş, 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol