• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana yararsız və qanunsuz dərman gətirilən ölkələr açıqlandı

Azərbaycana yararsız və qanunsuz dərman gətirilən ölkələr açıqlandı
25.10.2014 12:23
Azərbaycana yararsız və qanunsuz dərmanların ən çox gətirildiyi ölkələrin siyahısı açıqlanıb.
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, ölkəyə yararsız dərmanlar müxtəlif ölkələrdən - Türkiyə, Rusiya, Polşa, Rumıniyadan gətirilir.
 
Onun sözlərinə görə, Azərbaycanda həmin dərmanlar dövlət qeydiyyatına alınmır. Müxtəlif dərman preparatlarının Azərbaycana idxal olunması üçün ilk olaraq yoxlanıldığını, qeydiyyat prosesinin aparıldığını deyən P.Əzizbəyov qeyd edib ki, bundan sonra onların hansı qutu formasında, yazıda, dildə idxal olunması təsdiqlənir: “Bir də görürsən ki, hansısa ölkənin daxili bazarı üçün istehsal olunmuş dərman qanunsuz olaraq Azərbaycana gətirilir və bu da dövlət qeydiyyatdan keçirilmir. Belə dərmanlar Türkiyə, Rusiya, Avropa ölkələrindən - Polşa, Ruminiyadan gətirilir. Bunlar digər ölkələrin bazarı üçün istehsal olunur və Azərbaycan bazarı üçün qeydiyyatdan keçməyən halda satışa çıxarılır. Belə hallar aşkar olunduğu halda, onlar satışdan çıxarılır”.
 
Nazirlik rəsmisi qeyd edib ki, dövlət qeydiyyatından keçməyən və analiz protokolu olmayan dərmanlar yararsız dərmanlar hesab olunur. Hindistandan gətirilən dərmanlarla bağlı vəziyyətə də aydınlıq gətirən P.Əzizbəyovun sözlərinə görə, bu gün Hindistan dərmanları bazarda olan dərman preparatlarının təxminən 4%-ni əhatə edir: “Bu preparatlar da ÜST-nın standartları əsasında zavodlarda istehsal olunan dərmanlardır. Bir neçə il öncə Hindistan dərmanları bazarda çoxluq təşkil edirdi. Amma görülən işlər nəticəsində yalnız sertifikatlı dərmanların ölkəyə idxalına icazə verilib ki, bu da qeydiyyatda olan preparatların 4-5 %-ni təşkil edir”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol