Ukraynanın məşhur marketoloqu Bakıda təlim keçirəcək

Öz məhsulunu və ya xidmətini bazara çıxaran demək olar ki, hər bir istehsalçı özünə bu sualı verir - "İstehlakçının diqqətini necə cəlb etmək olar?” Azərbaycan bazarı artıq aqressiv reklam, PR fəaliyyətinə ayrılan böyük büdcələr, müştərilər ilə yerində iş kimi hallara öyrəşıb. Buna baxmayaraq, ümumilikdə keyfiyyətli olan məhsulun reklam və təşviqə sərf edilmiş bütün səylərə rəğmən istehlakçı sadiqliyi baxımından oxşar, bəzən isə daha aşağı keyfiyyətli məhsul və xidmətlərə uduzması hallarının sayı azalmır. Bununla belə, bu və ya digər brendlərin parlaq yüksəlişi və fantastik populyarlıq hekayələri, etdikləri bütün cəhdlərə və göstərdikləri bütün səylərə baxmayaraq bu cür uğur qazana bilməmiş biznesmenləri narahat etməyə davam edir.
Bəs məsələ nədən
ibarətdir? İstehlakçını sizin məhsulunuzun daha üstün olduğuna necə inandırmaq
olar? Brendin fəlsəfəsi nəyə əsaslanmalıdır? Və səriştəli cavab almaq üçün
bütün bu suallar kimə ünvanlanmalıdır? Bu suallar heç də mənasız suallar deyil,
belə ki, Bakıda həmin suallara praktiki nümunələrə əsaslanan səriştəli cavablar
almaq üçün kifayət qədər unikal bir imkan yaranmışdır.
29 noyabr
tarixində "Boulevard Hotel Baku” mehmanxanasında "FEDORIV” müstəqil yaradıcı
şirkətinin sahibi və təsisçisi Andrey Fedoriv tərəfindən brendlərə və yeniliklərə
həsr olunmuş "BRANDFATHER” təlim seminarı keçiriləcəkdir.
- Tədbirin
iştirakçılarına mənim müəllif üsulum təklif olunacaqdır. Bu metodologiya
biznesmenlər, şirkət rəhbərləri və startap sahibləri, bir sözlə, brendi əlinə
alaraq onun "atası” olmaq istəyən bütün şəxslər üçün üçün faydalı olacaqdır.
Bakıdakı seminar özündə Berlin, Kiyev, Almatı, Bakı və London kimi şəhərləri
ehtiva edən beynəlxalq turne çərçivəsində keçiriləcəkdir, deyə Andrey Fedoriv
bildirib.
Uğurlu
brendin yaradılması iki istiqamətdə işləmək qabiliyyətini tələb edir. Bu istiqamətlərdən birincisi ağlabatan və
adekvat, şirkətlər isə burada əsasən müvəffəq olsa da, ikinci istiqamət
istehlakçının emosiyaları və duyğularına əsaslanır. Hər iki istiqamətdə bərabər
dərəcədə müvəffəqiyyətli olmaq çox vacibdir. Yekun qərarda istehlakçının əqli və
duyğusal münasibətinin birləşdirilməsi – brendinq incəsənəti məhz bundan ibarətdir. Yüksək keyfiyyətli məhsul və ya xidmət
hazırlayıb əsas istehlakçı kütləsinin nəzərindən kənarda qalmaq da olar, məhsulu
düzgün brend ilə əhatə edərək həmişəlik müştərinin qəlbində qalmaq da.
Qeyd etmək
lazımdır ki, Andrey Fedorivin köməyi ilə dünyanın müxtəlif hissələrindəki yüzlərlə
brend qlobal olmağı bacarmışdır. "FEDORIV” beynəlxalq yaradıcı şirkətinin təsisçisi
olan ekspert, uğurlu sahibkar kimi tanınır. Almaniya, ABŞ, Norveç, İsveçrə, Səudiyyə
Ərəbistanı və Sinqapur da daxil olmaqla, 15-dən çox ölkədə fəaliyyət göstərən
biznes nümayəndələri ilə işləyən şirkət üç ədəd Red Dot Awards mükafatı, FWA
mükafatı, awwwards və iF Design mükafatı ilə təltif olunmuşdur.
Marketinq
kurslarının, eləcə də sahibkarlığın təbliğatına həsr olunmuş "FEDORIV VLOG”
YouTube vloqunun müəllifi olan Andrey Fedoriv biznes təlimçisı kimi də kifayət
qədər ciddi uğurlar qazanmışdır.
Marketinq tədbirində
iştirak edərək özünüz üçün biznesin idarə edilməsi üzrə əsas alətləri müəyyən
edə, eləcə də brend yaratmağı və onları biznesin inkişafı baxımından güclü alətə
çevirməyi, bu cür məqsədlərə məhdud büdcə və qısa müddət çərçivəsində nail
olmağı öyrənə biləcəksiniz.
Biznes rəhbərləri
marketinq şöbələrinin və reklam agentliklərinin işinə nəzarət etməyi və brenlər
ilə iş zamanı başqa insanların səhvi ucbatından pul itirməməyi öyrənə biləcəklər.
Seminar qida məhsulları, elektron ticarət, pərakəndə satış, daşınmaz əmlak,
bank işi və B2B sahələrində uğurlu brend inkişafı nümunələri ilə tanış olmaq
imkanı yaradacaqdır.
Tədbir, 29
noyabr tarixində aşağıdakı ünvanda yerləşən "Boulevard Hotel Baku”
mehmanxanasında (Tağıyev zalında) keçiriləcəkdir: Bakı şəhəri, Xəqani Rüstəmov
küç. 4C.
İştirak və ödəniş
ilə bağlı sualları [email protected]
elektron ünvanına göndərə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























