• $
  • €
  • ₽
  • ₺
  • £

“Koroğlu”da işlər yekunlaşdı

“Koroğlu”da işlər yekunlaşdı
29.05.2020 00:33
"Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin müvəqqəti köçürüldüyü ərazidə işlər artıq yekunlaşıb.

 

Bu barədə Anews.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

 

M.Ağayev qeyd edib ki, noyabrın 23-dənətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni "Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək:

 

"Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin "Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib”.

 

BNA rəsmisi deyib ki, Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq:

 

"Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır”.

 

Qeyd edək ki, "Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələr istiqamətində 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.

 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol