• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə vacib xəbərdarlıq

Sürücülərə vacib xəbərdarlıq
22.11.2018 13:50
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhükəsizliyin təmin ediməsi məqsədi ilə sürücülərə xəbərdarlıq edib.

İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, belə hava şəraitində sürücülər ictimai nəqliyyatdan istifadəyə üstünlük verərək şəxsi avtomobillərindən az istifadə etməlidirlər.

V.Əsədov qeyd edib ki, yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxara bilər: "Ümumiyyətlə sürücülər belə hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər”.

O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafdakı insanları nəzərə almalıdırlar: "Yağış sularının toplandığı gölməçələrdən keçərkən ətrafdakı piyadaların üst-başını çirkləndirmək inzibati xəta yaradır”.

Rəisin sözlərinə görə, belə hava şəraitində dövlət nömrə nişanlarının çirklənməsi ehtimalı yaranır, bu da dövlət nömrə nişanlarının görünməməsinə səbəb olur: "Sürücülərin nəzərinə çatdıraraq bir daha bildiririk ki, hava şəraitindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsi təmin edilməlidir, əks təqdirdə belə sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. "Yol hərəkəti haqında" qanunun 50-ci maddəsində deyilir ki, yol və meteroloji şərait nəzərə alınmaqla sürücü nəqliyyat vasitəsinin elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı təhlükə yaranarsa, həmin təhlükədən yayına bilsin. Bəzən sürücülər bu qanunun tələbinə əməl etmədən avtomobili idarə edərkən baş verən hadisədən hava şəraitinin pis olması bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırlar”.(Report)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol