• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən çıxarılan teleaparıcının yayılan videosu ilə bağlı - AÇIQLAMA

İşdən çıxarılan teleaparıcının yayılan videosu ilə bağlı - AÇIQLAMA
23.11.2018 12:57
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ARB Kəpəz telekanalının "Səhər" verilişinin aparıcısı Tacirə Zeynallının ötən gün internetdə yayılan biabırçı videosundan və bu hərəkətinə görə işdən çıxarılmasından danışıb.

Nuşirəvan Məhərrəmli "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu cür hərəkətlər yolverilməzdir.

Şura sədri televiziya və radioda çalışan insanları öz hərəkətlərində məsuliyyətli olmağa çağırıb:

"Əgər onlar efirlərdə aparıcı kimi çıxış edirlərsə, gərək efirdən kənarda da öz hərəkətlərinə fikir versinlər, ədəbsizliklərə yol verməsinlər. Bu cür hərəkətlər Azərbaycan teleməkanına yaraşmayan hərəkətlərdir. Ona görə də televiziya kanalı rəhbərliyi çox doğru qərar verib. Təbii ki, bu cür hallar qətiyyətlə pislənilməlidir. Biz ayrı-ayrı teleaparıcılar haqqında fərdi qaydada danışmırıq. Bütövlükdə, teleradio efirindəki mövcud vəziyyəti izləyirik və ortaya çıxan nöqsanları da həmin teleradio rəhbərlərinin diqqətinə çatdırmışıq".
N.Məhərrəmli Azərbaycanın bütün teleradio məkanında olan mövcud vəziyyətlə əlaqədar televiziya kanalları və radio rəhbərləri ilə geniş söhbət apardığını deyib:

"Ona görə də yaxın vaxtlarda bu sahədə ciddi dəyişikliklər olmalıdır. Qanun imkan vermir ki, biz televiziya və radioların yaradıcılıq işlərinə qarışaq. Amma buna baxmayaraq Milli Televiziya və Radio Şurasının əsas vəzifələrindən biri ictimaiyyətin maraqlarını qorumaqdır".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol