• $
  • €
  • ₽
  • ₺
  • £

“O evləri sökəcəyik, siz də buna şahid olacaqsınız” - Hacıbala Abutalıbov

“O evləri sökəcəyik, siz də buna şahid olacaqsınız” - Hacıbala Abutalıbov
29.05.2020 06:24
Oktyabrın 12-də Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində baş vermiş sürüşmə ilə bağlı Azərbaycan tərəfindən dəvət olunan yapon mütəxəssislərin araşdırmaları davam edir.

Anews.az xəbər verir ki, bunu Modern.az-a özəl açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov bildirib.

"Yaponlar Fövqəladə Hallar Nazirliyi ilə müqavilə bağlayıb”.

H.Abutalıbov qeyd edib ki, araşdırmalar növbəti ilədək davam edəcək:

"Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəlib ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yoponlar Fövqəladə Hallar Nazirliyilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların hamısının nəticəsi olaraq, hazırlanan layihə Fövqəladə Hallar Nazirliyinə veriləcək. Fövqəladə Hallar Nazirliyi layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq. İşlər 2019-cu il iylun 1-də tam yekunlaşacaq”.

"Sürüşmə ərazisi 2 dəfə böyüyəcək”

Baş nazirin müavininin sözlərinə görə, ərazidəki evlər mütləq şəkildə söküləcək:

"Yapon mütəxəssislər araşdırmalar zamanı nəinki evləri, hətta evlərin kənarlarını da yoxlayacaqlar. Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir. Amma onlar istəyir ki, 2019-cu ilin aprelin sonu mayın əvvələrinədək gözləsinlər. O vaxta qədər bütün araşdırmaları aparıb, layihəni bizə təqdim etsinlər. Fövqəladə Hallar Nazirliyi ekspertiza etdikdən sonra gec-tez o evlər söküləcək. Biz qərar verəcəyik, siz də bunların şahidi olacaqsınız. Hazırda iş gedir. Bununla belə yapon mütəxəssisləri deyir ki, ərazidə böyük sürüşmələr gözlənilir. Dünən də bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.

Bayılda polis məntəqələri yaradılır

H.Abutalıbov bildirib ki, sabah,yaxud birisi gün ərazidə polis məntəqələri yaradılacaq:

"Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Səbail rayon Polis İdarəsinə mənim imzamla məktub göndərilib. Mənə elə gəlir ki, sabah ya birisi gün polis məntəqəsi yaradacağıq. Kim ki verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq və məsuliyyət daşıyacaq. Əgər insan öz həyatından çox malını sevirsə, o insanlıqdan kənardır”.

Qeyd edək ki, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində - Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib. Sürüşən torpaq qatının eni 250, uzunluğu 200, hündürlüyü isə 15 metrdən artıqdır.

Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb. Tapşırıqlara məhəl qoymayanlar villalarında yaşamaqda davam edirlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol