• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika “Sabah” Futbol Klubunun rəsmi sponsoru oldu

Bank Respublika “Sabah” Futbol Klubunun rəsmi sponsoru oldu
23.11.2018 14:36
Bu gün ölkənin aparıcı banklarından biri sayılan "Bank Respublika" ilə Azərbaycan futbolunun gənc komandalarından biri olan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov və "Sabah” FK-nın Prezidenti Maqsud Adığözəlov imzalayıb.

Müqaviləyə əsasən, "Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində "Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bu müddətdə Bank, klubun ev oyunlarını keçirdiyi "Əlincə Arena”  stadionunda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyinin artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.

"Sabah” FK-nın Prezidenti Maqsud Adıgözəlov futbol klublarının inkişafında sponsorların vacibliyini vurğulayıb, bankla birgə həyata keçiriləcək fəaliyyətlərin klubun oyunlarına, o cümlədən ölkə çempionatına olan marağın artmasına səbəb olacağına inandığını qeyd edib.

Qeyd edək ki, artıq şənbə günü klub "Bank Respublika” yazılı forması ilə ilk oyununu "Qarabağ” klubuna qarşı keçirəcək.
 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol