• $
  • €
  • ₽
  • ₺
  • £

Biz yeməyib, zibilə atırıq, əslində isə çox faydalıdır

Biz yeməyib, zibilə atırıq, əslində isə çox faydalıdır
23.11.2018 22:30
Payız fəsli bir çox xeyirli və ləzzətli meyvələrin, o cümlədən də sitrus meyvələrinin mövsümüdür. Sitrus meyvələri ləzzətli olması ilə yanaşı həm də çox faydalıdırlar.
 
Medicina.az sitrus meyvələrinin düzgün yeyilmə qaydalarını təqdim edir:
 
Demək olar ki, hər kəsin sevdiyi meyvələrdən olan sitrus meyvələri əslində qabıqsız yeyilir. Lakin bəzən elə olur ki, onları soyduqdan sonra üzərində olan ağ lifləri tamamilə təmizləyirik. Bu isə düzgün deyil. Çünki həmin liflərdə olan vitamin və mineralların miqdarı meyvənin ləti ilə müqayisədə çoxdur. Buna görə də sitrus meyvələrini yeyərkən qabığın altında olan ağ lifləri tamamilə təmizləməyin.
 
Sitrus meyvələri C vitamini ilə çox zəngindirlər. Buna görə də həkimlər bu meyvələrin xərçəngdən tutmuş diabetə qədər bir çox xroniki xəstəliklərə qarşı faydalı olduqlarını bildirirlər. 

Sitrus meyvələri immuniteti gücləndirir. Belə ki, 1 ədəd orta böyüklükdə naringidə gündəlik C vitamini ehtiyacının yarısını təmin edəcək miqdarda vitamin olur. C vitamini isə sağlam toxumaların əmələ gəlməsi və yaşaması üçün çox vacibdir. Eyni zamanda C vitamini orqanizmin müdafiəsini artırır, ürək xəstəlikləri riskini də azaldır. C vitamini ilə ağciyər, süd vəzi, bağırsaq, yemək borusu və mədə xərçəngi kimi bəzi xərçəng növlərinin əmələ gəlməsinin qarşısını alır. 

C vitamini bədəndə kollagen sintezi üçün həyati əhəmiyyətə sahibdir. 

Kollagen yaraların tez bir zamanda sağalmasını təmin edir, əzələ bağlarını, sümükləri və qan damarlarının bir yerdə qalmasını təmin edir. C vitamini eyni zamanda qidalardan alınan dəmir elementinin bədənə sovrulmasını da artırır. 

Naringinin tərkibində olan A vitamini göz sağlamlığı, sağlam sümüklər və hüceyrə büyüməsi üçün çox vacibdir. 

Naringidə olan A vitamini hüceyrələrin çoxalması və hüceyrələr arası əlaqədə çox əhəmiyyətlidir. Başqa tərəfdən beta kriptoksantinlə zəngin bu meyvə iltihab əmələ gəlmə ehtimalını da azaldır. 

Naringinin qabığının altındakı ağ liflərin tərkibi kalsium ilə çox zəngin olduğu üçün təzyiqi salır. Qanı təmizləyir, damar və ürək sağlamlığı üçün də çox faydalıdır. Belə ki, damar sərtliyi olan insanlar bolluca istifadə etməlidirlər. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol