• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalanda “PayPoint” aparatını oğurlayanlar saxlanılıb

Xırdalanda “PayPoint” aparatını oğurlayanlar saxlanılıb
24.11.2018 11:43


Abşeron rayonunda mağazalardan birindən oğurluq edən şəxslər tutulub.
 
İlqar İbadov Xırdalan şəhəri Quşçuluq massivində yerləşən marketdən oğurluq edildiyi barədə Abşeron rayon Polis idarəsinə məlumat verib. 
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən elə həmin ərazidə yaşayan 26 yaşlı Toğrul Pənahov, Göyçay rayon sakini, 44 yaşlı Qalib Abdullayev və Cəlilabad rayon sakini, 42 yaşlı Vüqar Əliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq mağazaya daxil olub, oradan 180 manat pul və 500 manat dəyərində müxtəlif növ siqaretləri ələ keçiriblər. Eləcə də həmin mağazadan içərisi pulla dolu, "Comted LTD”yə məxsus "PayPoint” ödəniş terminalını oğurlayıblar. Aparat avtomobillə evə aparılaraq yarılıb və içərisindəki məbləği öz aralarında bölüblər. "PayPoint" aparatını isə Novxanı qəsəbəsinə apararaq izi itirmək məqsədilə suya atıblar.
Ancaq saxlanılan şəxslərin hadisəni törətdikdən iki gün sonra yenidən həmin ərazidə digər mağazadan oğurluq etmək istəyi baş tutmayıb. 

Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı Abşeron rayon Polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
(report)
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol