• $
  • €
  • ₽
  • ₺
  • £

Polislər Bakıda toplaşdı

Polislər Bakıda toplaşdı
24.10.2014 18:31
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda II beynəlxalq elmi-praktik konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənməkdir.Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Polis Akademiyasının həyətindəki möhtəşəm abidəsini ziyarət edərək önünə əklil qoyublar.Konfransda bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının məzmunlu araşdırmaları və təklifləri ilə zəngin olan çıxışları dinlənilib. Beynəlxalq tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova və Tacikistan Daxili İşlər Nazirliklərinin, eləcə də aidiyyəti təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.Konfransa həmçinin ölkəmizin hüquqşünas alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə, Gömrük, Dövlət İdarəçilik, Milli Aviasiya Akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının nümayəndələri də qatılıblar. Beynəlxalq elmi-praktik konfransda DİN Polis Akademiyasının rəisi, polis general-mayoru, Nazim Əliyev bildirib ki, ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafı cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan verir. Bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.Daha sonra xarici ölkələri təmsil edən qonaqlarla Azərbaycanın hüquqşünas alimləri arasında fikir mübadiləsi və diskussiyalar aparılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol