İş axtaranlara şad xəbər

Noyabrın 24-də Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası təşkil edilib.
FED.az xəbər verir ki, açılışda "DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi çıxış edərək əmək yarmarkası barədə məlumat verib. Bildirib ki, yarmarka assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, "Logix”, "Kaffadan”, "Xonca Kitchen”, "Nova.Net” şirkətləri çıxış edirlər.
Qeyd edib ki, layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır. Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.
Sonra tədbir iştirakçıları yarmarka ilə tanış olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























