İspaniya mətbuatı Azərbaycanda törədilən dəhşətli qətldən yazdı

Bu gün İspan nəşri Ragar Espana bir neçə gün öncə baş verən Günel Nuriyevanın dəhşətli qətlinə dair material dərc edib.Oxu.Az xəbər verir ki, nəşr Azərbaycanın LGBT-icmasına istinadən iddia edir ki, cinayət homofobiya əsasında törədilib – belə ki, qız bacısının lezbiyan olduğu üçün boğazını kəsib.“O, evə tez-tez lezbiyanları gətirirdi və onlar anamızın yatağında yatırdılar”, - nəşr qatilin sözlərini sitat gətirib. – “Bunu bildikdən sonra ondan bu hərəkətlərinə son qoymasını xahiş etdim, amma o məhəl qoymadı. O zaman mənə vəhy gəldi ki, onu öldürməyin zamanı yetişib”.Ragar Espana yazır ki, hüquq-mühafizə orqanları törədilən cinayətin qəddarlığından heyrətə gəliblər. “Bu cinayət LGBT nümayəndələrinə nifrətə əsaslanıb. Homofobiyaya son qoyun!”, - LGBT üzvləri öz manifestlərində bildiriblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























