• $
  • €
  • ₽
  • ₺
  • £

Quş əti və yumurta idxalına görə rüsumların qüvvədə olma müddəti uzadıldı

Quş əti və yumurta idxalına görə rüsumların qüvvədə olma müddəti uzadıldı
26.11.2018 15:20
Yerli istehsalçılar tərəfindən edilən çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 367 nömrəli qərarının qüvvədə olma müddətinin uzadılması ilə Nazirlər Kabinetinə və bir sıra digər dövlət orqanlarına müraciət edib.

Bu barədə ASK-dan Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, 367 nömrəli qərara əsasən ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması, yerli sahibkarların fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın qorunması məqsədi ilə Azərbaycana gətirilən bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları artırılıb. 

Müraciətdə ASK yuxarıda qeyd edilən qərarın son iki ildə icrası dövründə toyuq və ərzaqlıq yumurta istehsalının əhəmiyyətli dərəcədə artdığını,  idxal olunan məhsullara tətbiq edilən spesifik gömrük rüsumu sayəsində yerli istehsalın inkişaf etdiyini qeyd edib. Qərarın qüvvədə olma müddətinin uzadılmasının yerli istehsalın daha da rəqabət qabiliyyətli səviyyəyə yüksəlməsinə təkan verəcəyi bildirib.

ASK-nın da təklifləri də nəzərə alınaraq, bir sıra məhsulların, o cümlədən quş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq olunan spesifik rüsumların qüvvədə olma müddəti 2019-cu ilin 15 dekabr tarixinədək uzadılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol