• $
  • €
  • ₽
  • ₺
  • £

Vasif Talıbovdan maraqlı təşəbbüs

Vasif Talıbovdan maraqlı təşəbbüs
27.11.2018 10:20
"Naxçıvan Muxtar Respublikasında əhalinin 141 min nəfəri və ya 30 faizdən çoxu gənclərdir”.

Anews.az xəbər verir ki, bunu  Naxçıvan MR-nın Ali Məclisin sədri Vasif Talıbov Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda deyib.

O, bildirib ki, Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 3 ali, 3 orta ixtisas və 5 peşə, 215 ümumtəhsil məktəbi, 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyəsində 154 ixtisas üzrə, orta ixtisas məktəblərində 27 ixtisas üzrə tələbə, peşə məktəblərində isə 20 ixtisas üzrə müdavimlər təhsil alır. 

"İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.

Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binaları tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur”. 

AM sədri deyib ki, elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. "Kitabi-Dədə Qorqud” və "Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. "Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir”.

V. Talıbov bu cəhətlərə görə, Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol