Azərbaycanda 20 yaşlı oğlan cəsarətinin qurbanı oldu

Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonun Qaradəmirçi kəndində 1998-ci il təvəllüdlü Yusifov Novruz Sərxan oğlu elektrik vurması nəticəsində ölüb. Belə ki, həmin kənddəki metal qəbulu sexində fəhlə işləyən 20 yaşlı oğlan "Kamaz” markalı yük maşınının üstünə çıxaraq aşağı sallanan elektrik naqilini qaldırmağa çalışıb.
Bu zaman o, naqilə əli ilə toxunub və cərəyan vurması nəticəsində yanaraq ölüb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./Publika.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























